AZ

Xankəndidə 51 abituriyent qəbul imtahanı verdi — YENİLƏNİB

İlk dəfə Xankəndi şəhərində qəbul imtahanı keçirilib.

Demokrat.az-ın xəbərinə görə, Qarabağ Universitetində keçirilən imtahanda Xankəndi, Xocalı, Ağdərə, Şuşa və Laçında məskunlaşmış abituriyentlər iştirak ediblər.

Bununla yanaşı, Füzulidə M.Uluqbəy adına məktəbin, Cəbrayılda M.Mehdizadə adına məktəbin və Zəngilanda Ağalı kənd tam orta məktəbinin cari il məzunları da qəbul imtahanlarını Xankəndidə veriblər.

İmtahanda ümumilikdə 50 abituriyent iştirak edib.

***
08:30

Bu gün 51 abituriyent Xankəndi şəhərində II və III ixtisas qrupları üzrə qəbul imtahanı verəcək.


Demokrat.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Qeyd edək ki, bu işğaldan azad edilmiş bölgələrdə təşkil edilən ilk qəbul imtahanıdır.

Məlumata əsasən imtahan Qarabağ Universitetində keçiriləcək.

İmtahanda Xankəndi ilə yanaşı, Xocalı, Ağdərə, Şuşa və Laçında məskunlaşmış abituriyentlər iştirak edəcəklər. Bununla yanaşı, Füzulidə M.Uluqbəy adına məktəbin, Cəbrayılda M.Mehdizadə adına məktəbin və Zəngilanda Ağalı kənd tam orta məktəbinin cari il məzunları da qəbul imtahanlarını Xankəndidə verəcəklər.

Seçilən
0
40
demokrat.az

10Mənbələr