AZ

Xankəndidə ilk dəfə qəbul imtahanı keçirilib - FOTO - YENİLƏNİB

İlk dəfə Xankəndi şəhərində qəbul imtahanı keçirilib.

APA-nın xəbərinə görə, Qarabağ Universitetində keçirilən imtahanda Xankəndi, Xocalı, Ağdərə, Şuşa və Laçında məskunlaşmış abituriyentlər iştirak ediblər.

Bununla yanaşı, Füzulidə M.Uluqbəy adına məktəbin, Cəbrayılda M.Mehdizadə adına məktəbin və Zəngilanda Ağalı kənd tam orta məktəbinin cari il məzunları da qəbul imtahanlarını Xankəndidə veriblər.

İmtahanda ümumilikdə 50 abituriyent iştirak edib.

***

saat 11.46

İlk dəfə Xankəndi şəhərində qəbul imtahanı keçirilir.

APA-nın xəbərinə görə, Qarabağ Universitetində keçirilən imtahanda Xankəndi, Xocalı, Ağdərə, Şuşa və Laçında məskunlaşmış abituriyentlər iştirak edirlər.

Bununla yanaşı, Füzulidə M.Uluqbəy adına məktəbin, Cəbrayılda M.Mehdizadə adına məktəbin və Zəngilanda Ağalı kənd tam orta məktəbinin cari il məzunları da qəbul imtahanlarını Xankəndidə verirlər.

Xankəndidə Xankəndidə Xankəndidə
Seçilən
0
30
apa.az

10Mənbələr