Rusiyanın Moskva şəhərində Şeremetyevo, Jukovski və Domodedovo hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Rosaviasiya məlumat yayıb.
"Domodedovo və Jukovski hava limanlarında saat 02:00-dan etibarən təyyarələrin gəliş-gedişinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - deyə qeyd edilib.
Yerli vaxtla saat 02:00-dan Şeremetyevo hava limanında da məhdudiyyətlər tətbiq edilib. Saat 01:17-dən etibarən Vnukovo hava limanında müvəqqəti məhdudiyyətlər qüvvədədir. Beləliklə, bütün paytaxt hava limanlarında məhdudiyyətlər qüvvədə olub.
Saat 02:25-də Domodedovo və Jukovski hava limanlarının fəaliyyətinə qoyulan məhdudiyyətlər aradan qaldırılıb. Moskva vaxtı ilə saat 02:35-də Şeremetyevo hava limanında məhdudiyyətlər götürülüb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta