BAKI, 24 may. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski 307 əsgərin vətənə qayıtdığını bildirib.
Teleqraf xəbər verir ki, V.Zelenski bu barədə öz sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, azad edilənlərin əksəriyyəti Ukrayna ordusunun, Milli Qvardiya və Dövlət Sərhəd Xidmətinin sıravi əsgər və çavuşlarıdır. Onların 273 nəfəriDonetsk vilayətində əsir düşüb. Böyük bir qism isə 2022-ci ildə, həmçinin Xerson, Zaporojya, Xarkov vilayətləri və Luqanskərazisində düşmənin əlinə keçiblər. Ümumilikdə, iki mərhələdə həyata keçirilən mübadilə sayəsində697 ukraynalı artıq öz evindədi.
Ukrayna Prezindenti bildirib: "Sabah üçüncü mərhələdir. Bu günlərdə minlərlə insanımızı geri alacağıq. Ancaq əsas vəzifə hazırda Rusiyada saxlanılan bütün ukraynalı əsirləri hər kəsi tamamilə azad etməkdir və bu, bizim kəşfiyyat xidmətlərimiz, diplomatlarımız, bütün dövlətimiz qarşısında duran ən ümdə məsələlərdəndir".