
“Liverpul”un hücumçusu Məhəmməd Salah Premyer Liqada 2024/2025 mövsümünün ən yaxşı oyunçusu seçilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb.
Beləliklə Salah iki dəfə Premyer Liqada mövsümün ən yaxşı oyunçusu seçilən 5-ci futbolçu olub.
Belə ki, misirli cinah oyunçusu 2018-ci ildə də bu mükafata layiq görülüb.
Salahdan əvvəl “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne, “Mançester Yunayted”in müdafiəçisi Nemanya Vidiç, “Qırmızı şeytanlar”ın cinah oyunçusu Kriştianu Ronaldo və “Arsenal”ın hücumçusu Tyerri Anri iki dəfə İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı oyunçusu seçilib.
Qeyd edək ki, 2024/2025 mövsümündə 32 yaşlı Salah İngiltərə çempionatının 37 matçında iştirak edib, 28 qol vurub və 18 məhsuldar ötürmə edib.