AZ

Ötən gün 15 kiloqramadək narkotik vasitə aşkarlanıb – DİN

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 23-də ümumi çəkisi 14,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Olaylar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dövriyyədən çıxarılan narkotik vasitələr 2412 ədəd metadon həbi və 3000 ədəd çətənə kolu olub.

Qeyd edilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
6
olaylar.az

10Mənbələr