AZ

Ukrayna və Rusiya arasında “1000-in 1000-ə” əsir mübadiləsinin ilk mərhələsi baş tutdu

Bakı. Trend:

Ukrayna və Rusiya arasında razılaşdırılmış “1000-in 1000-ə”formatlı əsir mübadiləsinin ilk mərhələsi həyata keçirilib.Prosesin ümumilikdə üç gün davam edəcəyi bildirilir.

Trend xəbər verirki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.O bildirib ki, razılaşmanın birinci mərhələsində 390 ukraynalı əsirazad edilib. “Şənbə və bazar günləri mübadilənin davamınıgözləyirik”, – deyə dövlət başçısı qeyd edib.

Prezident əsirlərin geri qaytarılması istiqamətində fasiləsizçalışan hər kəsə təşəkkürünü bildirib: “Əsirlikdə olan hər birşəxsi geri qaytarmaq bizim üçün çox önəmlidir. Hər bir şəxsin adıvə məlumatı dəqiqliklə yoxlanılır. Diplomatik fəaliyyətimizi davametdirəcəyik ki, belə addımlar mümkün olsun”.

Azad edilənlər arasında 3 qadın və 387 kişi var. Onlar tibbimüayinədən keçiriləcək, fiziki və psixoloji reabilitasiyadankeçəcək, əsirlik dövrünə görə bütün müvafiq ödənişləri alacaq vəcəmiyyətə reinteqrasiya olunacaqlar.

Xatırladaq ki, mayın 16-da İstanbulda Ukrayna və Rusiyanümayəndə heyətləri arasında son üç ildə ilk görüş baş tutub. Görüşzamanı əsirlərin “1000-in 1000-ə” formatında qarşılıqlı azadedilməsi barədə razılıq əldə olunub.

Seçilən
0
1
az.trend.az

10Mənbələr