BAKI, 23 may. TELEQRAF
Fransanın xarici işlər naziri Jan-Noel Barro mayın 26-da Ermənistana rəsmi səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.
Məlumata görə, səfər zamanı o, ermənistanlı həmkarı Ararat Mirzoyan ilə danışıqlar aparacaq, ardından nazirlər birgə mətbuat konfransı keçirəcəklər.