Bakı. Trend:
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni tədris ilindəmagistratura səviyyəsinə qəbulla bağlı qarşıda duran vəzifələrinmüzakirəsi məqsədilə rektor, professor Ədalət Muradov, dekanlar vəaidiyyəti struktur rəhbərlərinin iştirakı ilə görüş keçirilib.
Görüş zamanı Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində57 ixtisaslaşmaya, UNEC Biznes Məktəbində MBA proqramı çərçivəsində17 ixtisaslaşmaya qəbulun aparılacağı qeyd edilib. Həmçinin bəziixtisaslaşmalarda yeniliklərin olduğu diqqətə çatdırılıb.
Bildirilib ki, UNEC-də magistratura təhsili almaq istəyənlərüçün geniş imkanlar mövcuddur. Əmək fəaliyyəti ilə məşğul olanlaratəhsil almaq imkanı yaradılması məqsədilə dərslərin axşamsaatlarında təşkil edildiyi, bir sıra ixtisaslaşmaların beynəlxalqakkreditasiyadan keçdiyi, MBA proqramı tələbələrinin isə ACCAfənlərindən azad edildiyi vurğulanıb.
Görüşdə UNEC-in magistratura proqramlarının üstünlüklərinin,ixtisaslaşmalarla bağlı yeniliklərin geniş ictimaiyyətəçatdırılması, eləcə də magistraturaya qəbulda cəlbediciliyininartırılması məqsədilə təkliflər səsləndirilib və onların həyatakeçirilməsi istiqamətində müzakirələr aparılıb.