Milli Məclisin iclasında “Azərbaycan Respublikası ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində universal yoxlamalar proqramı çərçivəsində davamlı monitorinq mexanizminə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılaraq qəbul olundu.
Musavat.com xəbər verir ki, müzakirələr zamanı çıxış edən deputat Hikmət Babaoğlu çox mühüm bir mövzuya diqqət çəkdi. Deputat Xocalı hava limanının yenidən istismara verilməsi təklifini irəli sürdü.
H.Babaoğlu bildirdi ki, Xocalı hava limanın hər bir azərbaycanlı üçün simvolik əhəmiyyəti var:
“Düşünürəm ki, önümüzdəki mərhələdə hava limanlarının sırasına Xocalı hava limanın yenidən istismara verilməsi də daxil olacaq. Füzulidə, Laçında hava limanlarının açılması, onların göstərdikləri xidmət çox əhəmiyyətlidir”.
E.Paşasoy,
Musavat.com