Bu il İslamofobiya konfransının iştirakçılarının sayı artırılıb.
“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” tədbirinin mətbuat konfransında deyib.
O qeyd edib ki, Bakı islamofobiya ilə mübarizədə siyasi və elmi mərkəzə çevrilir:
“2022-ci ildə BMT Baş Assambleyası İslamofobiyaya qarşı qərar qəbul edib və 2023-cü ildən etibarən biz bu məsələyə həsr olunmuş konfrans keçiririk. Artıq yaxın dövrdə bu mövzuya həsr olunmuş sayt da yaradılacaq”.