“PAŞA Bank”ın Müşahidə Şurasının tərkibində dəyişiklik baş verib. Mayın 22-də “PAŞA Bank” ASC-nin Müşahidə Şurasının üzvlərindən biri – Nəriman Sərdarlı vəzifəsindən ayrılıb.
Bankdan verilən məlumata görə, onun istefasından sonra Şurada sədrlə birlikdə cəmi iki nəfər qalıb – sədr Rövşən Allahverdiyev və üzv Şahin Məmmədov.