AZ

ABŞ xarici tələbələrin Harvarda qəbulunu qadağan ETDİ

ABŞ Daxili Təhlükəsizlik (DHS) katibi Kristi Noem Harvardın beynəlxalq tələbələri qəbul etmək hüququnu itirəcəyini və hazırda universitetdə təhsil alan bütün beynəlxalq tələbələrin başqa universitetlərə köçürülməli olduğunu açıqlayıb.

Redaktor.az bu barədə Amerika mediasına istinadla xəbər verir.

“Mən sizə xəbər vermək üçün yazıram ki, dərhal qüvvəyə minir, Harvard Universitetinin Bakalavr və Mübadilə Ziyarətçi Proqramı üçün akkreditasiyası ləğv edilib”, - bəyanatda deyilir.

Noem əlavə etdi ki, onun qərarı bütün beynəlxalq tələbələrin statuslarını qoruyub saxlaya bilməsi üçün digər universitetlərə köçürülməsi deməkdir.

Bəyanatda digər məsələlərlə yanaşı qeyd edilir ki, Harvard rəhbərliyi Amerika əleyhdarı, terrorizm tərəfdarı olan təşviqatçılara bir çox yəhudi tələbələr də daxil olmaqla, ayrı-ayrı şəxsləri təqib etməyə və onlara fiziki hücum etməyə icazə verməklə kampusda təhlükəli mühit yaradıb.

Xatırladaq ki, mayın 20-də ABŞ-nin Səhiyyə və İnsan Xidmətləri Departamenti Harvard Universitetini antisemitizm və irqi ayrı-seçkiliyə hələ də toxunmadığı üçün ümumi məbləği təxminən 60 milyon dollar olan bir sıra çoxillik qrantlardan məhrum edib.

Mayın 13-də isə ABŞ Prezidenti Donald Trampın administrasiyasının Harvard Universitetinə təqribən 450 milyon dollarlıq qrant verilməsini dayandırmaq qərarına gəldiyi bildirilib.

Turan İSMAYIL

Seçilən
0
50
redaktor.az

10Mənbələr