AZ

İran dünya ictimaiyyətini İsrailin təhdidlərinə cavab verməyə çağırıb » AzadMedia.az


Tehran dünya ictimaiyyətini İranın nüvə proqramına Təl-Əvivdən gələn təhdidlərə diqqət yetirməyə çağırıb.
İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Arakçi BMT-nin baş katibi Antonio Quterreşə müraciət edərək dünya ictimaiyyətinin diqqətini İsrailin İranın nüvə obyektlərinə zərbə endirmək təhdidlərinə yönəltmək üçün müraciət edib. 

İran diplomatiyasının rəhbəri qeyd edib ki, Tehran İslam Respublikası ərazisindəki nüvə obyektlərini qorumaq üçün xüsusi tədbirlər görməyə məcbur olacaq. 

Arakçi həmçinin vurğulayıb ki, Təl-Əvivin təhdidləri BMT Təhlükəsizlik Şurası və MAQATE tərəfindən pislənməlidir. 

Bundan əvvəl mediada məlumat yayılmışdı ki, Tehran və Vaşinqton arasında danışıqlar dalana dirənərsə, İsrail İranın nüvə obyektlərini məhv etmək üçün hərbi əməliyyat keçirmək niyyətindədir.
Seçilən
0
45
azadmedia.az

10Mənbələr