AZ

Trampdan Putinlə bağlı tapşırıq: Müşavirlərinə deyib ki...

ABŞ prezidenti Donald Tramp hələ də Rusiya lideri Vladimir Putinlə daha yaxın münasibətlər qurmaq istəyir. Ağ Ev çox güman ki, iki ölkə liderləri arasında görüş təşkil etmək imkanını yenidən nəzərdən keçirəcək.

Publika.az xəbər verir ki, bu barədə "Atlantic" jurnalı ABŞ rəsmilərinə istinadən yazıb.

Nəşrin məlumatına görə, Tramp Ağ Evə qayıdarkən müşavirlərinə Putinlə sammit planlaşdırmağa başlamağı tapşırıb.

"Tramp hələ də Putinlə daha sıx əlaqələr qurmaq istəyir və Ağ Ev çox güman ki, tezliklə yenidən görüşməyi nəzərdən keçirəcək", - nəşr yazır.

Bununla belə, Amerika rəsmiləri nəşrə bildiriblər ki, belə mümkün görüşün Ukraynada nizamlanma üzrə danışıqlara aidiyyatı gözlənilmir.

Seçilən
0
2
publika.az

3Mənbələr