Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçiriləcək növbəti prezident seçkilərində namizədliyini irəli sürmək niyyətində deyil.
"Referans" “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ərdoğan bu barədə Macarıstandan geri dönərkən jurnalistlərə açıqlamasında danışıb.
“Seçkilərdə yenidən namizəd olmaq niyyətində deyiləm. Bizi yalnız ölkəmizin nüfuzunu necə yüksəldə biləcəyimiz narahat edir. Türkiyə dəyişir, dünya dəyişir. Biz yeni dövrdə yaşayırıq”, - deyə Ərdoğan qeyd edib və Türkiyənin yeni Konstitusiyaya ehtiyac duyduğunu vurğulayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta