AZ

Qurban bayramı ərəfəsində ətin qiyməti neçəyədir?

Qurban bayramı öncəsi bazarlarda məhsulların qiymətləri öz sözünü deyir.

Aktual.az milli.az-a istinadən xəbər verir ki, satıcıların sözlərinə görə, hələ ki alıcılar çox deyil:

"Dana əti 15.50, 20 manata quzu ətinin qiymətidir. Qurbanlığa düşən quzular adətən 13-15 kq arası olur”.

Bəs bölgələrdə vəziyyət necədir? 

Satıcıların sözlərinə görə, diri hazır heyvanın çəkisi 9 manata alınıb 9.50 manata satılır. Kəsili halda isə ətin qiyməti 19 manat olur. Lənkəranda isə vəziyyət tam fərqlidir. Ətin qiymətində bahalaşma müşahidə olunur.

Buna səbəb nədir? 

Satıcıların sözlərinə görə, keçən il 14 manata satış qiyməti olan ət bu il 16 manatdır. Quzu əti isə 20-21 manatdır.

Mütəxəssislər bayramqabağı bazarlarda qiymətlərin bir az da artacağını istisna etmir.

Qeyd edək ki, bu il Qurban bayramı iyunun 6-7-si qeyd olunacaq.

Seçilən
0
4
ulusum.az

10Mənbələr