AZ

II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək - DİM

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 25-də II və III ixtisasqrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanıkeçiriləcək.

Trendxəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə,Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir,Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan,Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.

Xankəndi şəhərində keçiriləcək imtahan işğaldan azad edilmişbölgələrdə təşkil edilən ilk qəbul imtahanıdır. İmtahan QarabağUniversitetində keçiriləcək. Bu imtahanda Xankəndi ilə yanaşı,Xocalı, Ağdərə, Şuşa və Laçında məskunlaşmış abituriyentlər iştirakedəcəklər. Bununla yanaşı, Füzulidə M.Uluqbəy adına məktəbin,Cəbrayılda M.Mehdizadə adına məktəbin və Zəngilanda Ağalı kənd tamorta məktəbinin cari il məzunları da qəbul imtahanlarını Xankəndidəverəcəklər. İmtahanda 51 abituriyentin iştirakı nəzərdə tutulur.Qeyd edək ki, imtahan sənədləri və şəxsiyyəti təsdiq edən sənəditəqdim etməklə abituriyentlər və onları müşayiət edəcəkvalideynlərinin Xankəndi şəhərinə səfərinə icazə verilir.

İştirakçılar mayın 14-dən etibarən Dövlət İmtahan Mərkəzininsaytında "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilirlər.

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix,şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahanbinasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, imtahan saat10:00-da başlanır.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-dəburaxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılarimtahan binasına buraxılmırlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçünbinaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahaniştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Onagörə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtdagəlmək tövsiyə olunur.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamamolmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət MiqrasiyaXidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusualmış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqınvəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digərsənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş vəfotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4smölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 213 imtahanbinası, 4018 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına213 ümumi imtahan rəhbəri, 635 imtahan rəhbəri, 5014 nəzarətçi, 717buraxılış rejimi əməkdaşı, 213 bina nümayəndəsi cəlb olunub.

II ixtisas qrupu üzrə imtahanda 25961, III ixtisas qrupu üzrəimtahanda isə 28286 nəfər olmaqla, ümumilikdə 54247 abituriyentiniştirakı nəzərdə tutulur.

İmtahanda 73 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil,serebral iflic, eşitmə əngəlli və digər) abituriyentlər də iştirakedəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahanbinalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmişşəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətliabituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün dəşərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdudiştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlimkeçirilib.

Hazırda qeyd olunan şəhər və rayonlarda imtahanlarda iştirakedəcək digər nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşlarıilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxışkeçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildəimtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təminedilməsi məqsədilə imtahan mərkəzlərinə mayın 24-də təkrar baxışkeçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalarmöhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsininəməkdaşlarının mühafizəsinə veriləcək.

İmtahanların gedişini işıqlandırmaq üçün 45 KİV nümayəndəsiDİM-də akkreditasiyadan keçib.

Seçilən
0
49
az.trend.az

10Mənbələr