Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2024/2025-ci illər mövsümünün 19-cu turunun oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, turun bütün görüşləri eyni günə təsadüf edəcək.
“Neftçi” İK ilə “Araz-Naxçıvan” arasında baş tutacaq mərkəzi oyunu FİFA referiləri idarə edəcək.
Yüksək Liqa
19-cu tur
22 may
Neftçi İK – Araz-Naxçıvan
Hakimlər: Knyaz Əmiraslanov, Əli Cəbrayılov, Hidayət Feyzullayev.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “Olimpik Star”. Saat 14:00.
Yasamal Bakı – Baku Fire
Hakimlər: Anar Fərəcov, Kənan Məlikov, Vüsal Balaşov.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı. “Olimpik Star”. Saat 16:00.
U-19 – Şuşa
Hakimlər: Mahir Məmmədov, Elgün Hüseynov, Ramil Namazov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 18:00.