Bu gün UEFA Avropa Liqasının final matçı keçirilib.
Viral.az xəbər verir ki, həlledici görüşdə İngiltərənin iki klubu – “Tottenhem” və “Mançester Yunayted” qarşılaşıb.
Bakı vaxtilə saat 23:00-da başlayan görüş İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda baş tutub.
Son Yazılar:
- “Tottenhem” “Mançester Yunayted”i məğlub edərək UEFA Avropa Liqasının qalibi oldu
- Arda Gülər 5 mərtəbəli villa aldı
- Trampdan israilli diplomatların öldürülməsinə münasibət
Gərgin keçən oyunun taleyini 1 qol həll edib. Brennan Consonun 42-ci dəqiqədə vurduğu qolla “Tottenhem” titulun sahibi olub.
Qeyd edək ki, UEFA Avropa Liqasının ötənilki qalibi İtaliyanın “Atalanta” klubu olub.