Bakı. Trend:
UEFA Avropa Liqasının 2024/2025-ci illər mövsümünün qalibi bəlliolub.
Trend-inməlumatına görə, final oyununda İngiltərə təmsilçiləri –“Tottenhem” və “Mançester Yunayted” komandaları qarşılaşıb.İspaniyanın Bilbao şəhərində reallaşan görüş "Tottenhem"in 1:0hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da London klubu turnirinqalibi adını qazanıb.
Yeganə qolu 42-ci dəqiqədə Brennan Conson vurub.
Matçı almaniyalı referi Feliks Zoyer idarə edib.
Qeyd edək ki, UEFA Avropa Liqasının ötənilki qalibi İtaliyanın“Atalanta” klubu olub.