AZ

İsti hava elektrikli avtomobillərin performansını necə azaldır?

İsti hava şəraiti elektrikli avtomobillərin performansına mənfi təsir göstərə bilər. 25 dərəcə Selsidən yuxarı temperatur elektrikli avtomobillərin ehtiyat yürüş məsafəsini təxminən 3%, 30 dərəcədən yüksək temperaturda isə bu göstərici 5%-ə qədər azalır. 38 dərəcə və daha yüksək istilər isə bu itkini daha da artırır.

Milli.Az xəbər verir ki, bu barədə rusiyalı ekspert İqor Mişin danışıb.

Onun sözlərinə görə, isti hava elektrikli avtomobillərin enerji səmərəliliyini azaldır və batareyaların sürətli aşınmasına səbəb olur. Enerjinin səmərəli toplanması və optimal fəaliyyət üçün 20-25 dərəcə Selsi temperaturu ideal şərait yaradır.

Mişin əlavə edib ki, elektrikli avtomobillərin batareya enerjisini doldurarkən sürücülər maşını kölgəli yerlərdə saxlamalıdırlar. 35 dərəcədən yüksək temperaturda isə enerji yığılmasını yalnız axşam və ya gecə saatlarında, havanın soyuduğu zaman etmək tövsiyə olunur. Həddindən artıq istilik, enerji yığılma müddətini 20-30% uzadır, bu da batareyanın ömrünü azaldır və xərcləri artırır.

Mütəxəssis həmçinin, elektrikli avtomobillərin batareyasını 100%-ə qədər doldurmamağı tövsiyə edir. Onun yerinə, batareyanı 30%-dən 90%-ə qədər doldurmaq daha faydalıdır. Əlavə olaraq, salonu əvvəlcədən soyutmaq, "eko" rejimindən istifadə etmək və təkərlərdəki təzyiqi mütəmadi olaraq yoxlamaq da enerji qənaətinə kömək edir. Sürətə gəldikdə isə, optimal sürət 90 km/saat-a qədər olan tədricən sürətlənməni və qəfil manevrlərdən çəkinməyi məsləhət görür.

Asya
Milli.Az

Seçilən
0
1
milli.az

10Mənbələr