AZ

"Google"dan inqilabi yenilik - Oğurlanmış şifrələr avtomatik dəyişdiriləcək

ABŞ mərkəzli texnologiya nəhəngi “Google” ötən axşam keçirilən Google I/O 2025 tədbiri çərçivəsində Google Chrome brauzerinə əlavə ediləcək yeni təhlükəsizlik funksiyasını təqdim edib. 

Valyuta.az xəbər verir ki, bu yenilik, istifadəçilərin oğurlanmış və ya təhlükəsizliyi pozulmuş şifrələrdən dərhal və avtomatik şəkildə xilas olmasını təmin edəcək.

“Google şifrə meneceri” adlı sistemə inteqrasiya ediləcək bu funksiya, artıq şifrəni dəyişmək üçün istifadəçidən heç bir əməliyyat tələb etməyəcək. Əvvəllər bu sistem yalnız manuel dəyişikliklərdə istifadəçiyə yardım edirdi, lakin yeni versiya ilə proses tam avtomatlaşdırılacaq.

Paylaşılan görüntülərə əsasən, təhlükəsizliyi pozulmuş bir şifrə aşkarlandıqda istifadəçi qarşısında “Mənim üçün dəyişdir” düyməsi görünəcək. Bu düyməyə klik edən istifadəçinin həmin saytdakı şifrəsi avtomatik şəkildə dəyişdiriləcək və yeni şifrə “Google şifrə meneceri”ndə təhlükəsiz şəkildə saxlanacaq.

“Google” bu funksiyanın dəqiq olaraq nə vaxt istifadəyə veriləcəyini açıqlamasa da, 2025-ci ilin sonlarına doğru bütün istifadəçilər üçün əlçatan olacağını bildirib. Ekspertlər bu yeniliyin “Google Chrom”-u rəqiblərindən bir addım irəli aparacağını vurğulayırlar.

Sərvanə Rəmixanova

Seçilən
0
13
valyuta.az

10Mənbələr