"Yaponiyanın yeni Baba Vanqası” kimi tanınan Ryo Tatsuki 2025-ci ilin iyulunda baş verə biləcək qorxulu hadisə ilə bağlı xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, bu barədə “The Times of İndia” yazıb.
Məlumata görə, Tatsuki 1999-cu ildə nəşr olunan "Gələcəkdə Gördüklərim" adlı əsərində 2025-ci ilin iyulunda Yaponiya ilə Filippin arasında böyük sualtı fəlakətin baş verəcəyini proqnozlaşdırıb.
Tatsukinin proqnozlarına görə, bu fəlakət 2011-ci ildəki Tohoku sunamisindən üç dəfə böyük dalğalar yaradacaq.
Bu proqnozlar xüsusilə Şərqi Asiyadakı turistlərin narahatlığına səbəb olub. Honq-Konqda yerləşən “WWPKG” turizm agentliyi Yaponiyaya olan səyahətlərin 50 faizə qədər azaldığını bildirib. Çin hökuməti də öz vətəndaşlarına Yaponiyada baş verə biləcək təbii fəlakətlərdən ehtiyatlı olmaları barədə xəbərdarlıq edib.