AZ

"Karyera nərdivanı nə qədər yüksəkdirsə, bir o qədər tənhasız" - Şoyqu (FOTOLAR)

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu 70 illik yubileyini qeyd edir. 

"Unikal" xəbər verir ki, eks-müdafiə naziri “Rossiya-24” telekanalına müsahibə verib. 

Şoyqunun sözlərinə görə, son beş il həm onun özü, həm də dövlət üçün çox hadisəli və çətin olub. Təhlükəsizlik Şurasının katibi etiraf edib ki, o, istənilən rütbəli liderlərin, xüsusən də Müdafiə Nazirliyinin rəhbərinin çiyinlərində olan məsuliyyət yükünü daha yaxşı anlamağa başlayıb.

Şoyqu onu da bildirib ki, insan karyera nərdivanını nə qədər yüksəldirsə, özünü bir o qədər tənha hiss edir: 

"İnanın, ora çox soyuq və çox tənhadır, çünki siz qərar qəbul edirsiniz, bu qərara görə cavabdehlik daşıyırsınız və müraciət edəcəyiniz heç kim yoxdur. Əgər bu, pis və keyfiyyətsiz aparılırsa, təbii ki, təkcə məsuliyyəti deyil, həm də günahı qəbul etməli olursunuz". 

Xatırladaq ki, bu güm Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibinin 70 yaşı tamam olur. Ruslar onu uzun müddət Fövqəladə Hallar Nazirliyinin rəhbəri, Rusiyanın müdafiə naziri və Vladimir Putinin dostu kimi tanıyırlar. 

Gülayə Mecid 

Seçilən
0
50
unikal.az

10Mənbələr