AZ

Hüquqi maarifləndirmə ilə bağlı problemlərimiz var - Adil Vəliyev

Qanunların qəbul olunmasına baxmayaraq onların icrasının qəbul olunmasında hüquqi maarifləndirmənin daha geniş təbliğinə ehtiyac var. Bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib. 

"Qohum evliliklərinin qadağan olunmasını qanuna saldıqdan sonra sürətlə qohumların evlilikləri faktlarını gördük. Qeyri rəsmi nigahalar da bu problem var. Faktlar o zaman bəlli olur ki, cinayət törədilsin. Sabirabbada 15 yaşında evlənib 16 yaşında qeyri rəsmi nigahın qurbanı olan qızın valideynləri deyir ki, ailədə hər şey olar. Əsas məsələ niyə o erkən yaşda evləndirilib sualını düşünə bilmirik. Şüurda dəyişiliklər olmalıdır. Hüquqi maarifləndirmə ilə bağlı problemimiz var. Əgər qanunlar tətbiqində özünü göstərməyəcəksə, həmin qanuna yenidən baxıb sərt cəzaların tətbiqinə ehtiyac var", - Vəliyev deyib. 

Gülnar Nazimqızı

 

Seçilən
0
5
anews.az

8Mənbələr