Əməkdar artist Vasif Məhərrəmli "Rəngarəng" verilişində qonaq olarkən sənət yoldaşı Tacir Şahmalıoğlunun ünvanına səsləndirdiyi sözlərə cavab verib.
O, bildirib ki, yaşanan son olaydan sonra heç bir həmkarı haqqında danışmaq istəmir:
"O, sövq etdi ki, artıq heç kimin haqqında danışmayım. Daha heç kimin haqqında danışmayacağam."
Xatırladaq ki, "Rəngarəng" verilişinin əvvəlki buraxılışlarından birində qonaq olan xanəndə Tacir Şahmalıoğlu, Vasif Məhərrəmlinin onun sənətini kifayət qədər düzgün ifadə edə bilmədiyini bildirmişdi. O, efirdə bu sözləri səsləndirmişdi:
"Mən elə bir sənətkaram ki, mənim sənətimi zəif sənətçi yorumlaya bilməz, necə ki, Vasif Məhərrəmli yorumlaya bilmədi."