AZ

Badminton üzrə U-17 Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib

Badminton üzrə U-17 Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib.

90deqiqe.Az xəbər verir ki, 3 gün ərzində keçirilən yarışda ümumilikdə 125 yeniyetmə badmintonçu iştirak edib.

Oğlanların şəxsi yarışında Fərəc Kərimli, qızların mübarizəsində isə Aysel Kazımova qızıl medal qazanıblar.

Oğlanlar arasında qoşa yarışda Malik Cəfərov - Nihat Əliyev, qızlarda isə Aysel Kazımova - Qəndab Niftalızadə cütlükləri fəxri kürsüyə yüksəliblər.

Qarışıq-qoşa yarışlarda Fərəc Kərimli - Aysel Kazımova cütlüyü qızıl medala sahib çıxıb.

Seçilən
0
5
90deqiqe.az

9Mənbələr