Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Avtosfer.az-ın "Unikal"a istinadən məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki şəhər sakini 2013-cü il təvəllüdlü Z.İbrahimova yolu keçmək istəyən zaman onu maşın vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerimə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.