AZ

Gündə neçə dəqiqə gəzmək oturaq həyat tərzinin zərərlərini azalda bilər?

Bakı. Trend:

Araşdırmalara görə, gündə ən azı 30 dəqiqə orta tempdə gəzməkoturaq həyat tərzinin zərərlərini əhəmiyyətli dərəcədə azaldabilər.

Trendxəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlamradio”da fizioterapevt Aytən Musayeva açıqlayıb.

Onun sözlərinə görə, bəzi tədqiqatlar göstərir ki, uzun müddətoturmanın səbəb ola biləcəyi ürək-damar sistemi, metabolikpozuntular və onurğa problemləri kimi fəsadları kompensasiya etməküçün hər gün 30–40 dəqiqə orta və ya yüksək intensivlikdə fizikiaktivlik tövsiyə olunur:

“Əlavə olaraq, hər 30–60 dəqiqə oturduqdan sonra 2–5 dəqiqəayağa qalxmaq və yüngül hərəkət etmək məsləhət görülür. Oturaqhəyat tərzi müasir dövrdə geniş yayılmış və bir çox sağlamlıqproblemlərinə səbəb olan bir yaşam formasıdır. Araşdırmalargöstərir ki, gündə cəmi 19 dəqiqəlik gəzinti belə bu həyat tərzininzərərlərini azalda bilər. Oturaq həyat tərzinin sağlamlığa təsirinəgəldikdə deyə bilərik ki, uzun müddət oturmaq bir sıra sağlamlıqrisklərini artırır. Gəzinti qan təzyiqi və şəkəri tənzimləyir,əhval-ruhiyyəni yaxşılaşdırır, ümumi sağlamlığı dəstəkləyir. Busadə və əlçatan fəaliyyəti gündəlik həyatınıza daxil etməklə,uzunmüddətli sağlamlıq faydaları təmin oluna bilər”.

Fizioterapevt qeyd edib ki, gündəlik uzun müddət oturmaqla keçənoturaq həyat tərzi, bir çox xroniki xəstəliklərin inkişafı riskiniartırır:

“Məsələn, ürək-damar xəstəliklərində, uzun müddət hərəkətsizlikqan dövranını zəiflədir, qan damarlarının elastikliyini azaldır,insult və infarkt riskini artırır. Gəzintinin sağlamlığafaydalarından danışdıqda, gündəlik gəzinti bir sıra sağlamlıqfaydalarını təmin edir. Məsələn, gəzinti qan təzyiqinin aşağısalmağa kömək edir. Fiziki fəaliyyət insulin həssaslığını artırırvə qan şəkərini tənzimləyir. Gəzinti endorfinlərin sərbəstburaxılmasını stimullaşdırır, bu da əhval-ruhiyyəni yüksəldir.Fiziki fəaliyyət yuxu keyfiyyətini yaxşılaşdırır. Gəzinti əzələlərigücləndirir və sümüklərin sıxlığını artırır. Hər 30 dəqiqədən bir 5dəqiqəlik qısa gəzintilər edin. Qısa məsafələr üçün avtomobiləvəzinə piyada getməyi seçin. Lift əvəzinə pilləkənlərdən istifadəedin. Günün əvvəlində və ya sonunda qısa gəzintilərplanlaşdırın”.

A.Musayeva sonda dinləyicilərə bildirib ki, hərəkət sağlamlığınaçarıdır və gündəlik həyatınıza kiçik gəzintilər əlavə edərək böyükfərqlər yarada bilərsiniz.

Məqalədə:
Seçilən
0
2
az.trend.az

10Mənbələr