AZ

Şavkat Mirziyoyev Macarıstana səfər edib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev həyat yoldaşı Ziroatxon Mirziyoyeva ilə birlikdə Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə rəsmi səfərlə Budapeşt şəhərinə səfər edib..

Operativ Media xəbər verir ki, Budapeşt Beynəlxalq Hava Limanında Özbəkistan Prezidentini Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad və digər yüksək vəzifəli rəsmi şəxslər qarşılayıblar.

Qarşılanma mərasimi protokol qaydalarına uyğun şəkildə təşkil olunub.

Qeyd edək ki, sabah Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək.

 

Seçilən
0
12
operativmedia.az

10Mənbələr