AZ

Avropa liderləri Trampa zəng vurublar – Putinlə danışandan sonra...

Fransa da daxil olmaqla bir sıra Avropa ölkələrinin liderləri Rusiya prezidenti Vladimir Putinlə iki saatdan çox çəkən söhbətindən sonra ABŞ prezidenti Donald Trampla telefonla danışıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Versalda “Fransanı seçin” investisiya konfransında çıxışı zamanı deyib.

"Sizi gözlətdiyim üçün üzr istəyirəm, lakin biz bir sıra avropalı həmkarlarımızla birlikdə prezident Putinlə danışıqlarından sonra prezident Trampla telefon danışığı apardıq", - Makron bildirib. O, Trampla apardığı söhbətin təfərrüatlarını açıqlamayıb.

Söhbətin mövzusunu Tramp özü Truth sosial şəbəkəsində açıqlayıb: “Rusiya ilə Ukrayna arasında danışıqlar dərhal başlayacaq. Mən prezident Vladimir Putinlə söhbətimdən dərhal sonra bu barədə Ukrayna prezidenti Vladimir Zelenski, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Fransa prezidenti Emmanuel Makron, İtaliyanın baş naziri Corcio Meloni və Finlandiya prezidenti Aleksandr Stubbı məlumatlandırdım".

Musavat.com

Seçilən
0
8
musavat.com

10Mənbələr