Salyan rayonunda güclü külək nəticəsində irigövdəli ağac kökündən çıxaraq avtomobilin üstünə aşıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, saat 17 radələrində Salyan şəhəri ərazisində hava güclü küləklə müşahidə olunub. Həmin vaxt şəhərin Məhəmməd Əmin Rəsulzadə küçəsində olan irigövdəli ağac küləyin təsirinə məruz qalıb və kökündən çıxaraq ərazidə olan “Hyundai” markalı minik avtomobilinin üstünə aşıb. Hadisə zamanı xəsarət alan olmayıb, lakin avtomobil yararsız hala düşüb. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, ağacın qalıqları ərazidən götürülüb.- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta