AZ

Ümumi çəkisi 36 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 17-də və 18-də ümumi çəkisi 36 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Məlumatı DİN mətbuat xidməti verib. 

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 4,5 kiloqrama yaxın heroin, 25,6 kiloqrama yaxın marixuana, 4,3 kiloqrama yaxın tiryək, 1,3 kiloqramdan çox metamfetamin, 570 ədəd psixotrop tərkibli həb və 20 ədəd çətənə kolundan ibarət olub.  

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

P.ƏMİRCANOV
XQ

Seçilən
0
6
xalqqazeti.az

10Mənbələr