Bu ilin yazında Fransanın xarici kəşfiyyat idarəsinin rəhbəri Nikola Lerner Teıegram kanalının qurucusu Durovdan Rumıniyada keçiriləcək prezident seçkiləri öncəsi konservativ səsləri susdurmağı xahiş edib.Bu barədə Telegram-ın qurucusu Pavel Durov bildirib.
"Bu yaz, Hotel de Crillon-da Fransa kəşfiyyatının rəhbəri Nikola Lerner məndən Rumıniyada seçkilərdən əvvəl konservativ səsləri bloklamağı istədi. Mən isə imtina etdim,” — Durov X platformasında yazıb.
Fransa Xarici İşlər Nazirliyi mayın 18-də Durovun Telegram kanalında paylaşdığı həmin iddianı təkzib edərək “saxta xəbər” adlandırıb.
Durov paylaşımında “Qərbi Avropa ölkəsinin” Telegram-a müraciət edərək Rumıniyada mühafizəkar səslərin qarşısını almağı istədiyini bildirmiş, paylaşımına isə çörək (baget) emojisi əlavə etmişdi — bu isə izləyicilər tərəfindən Fransaya işarə kimi qəbul olunub.
“Biz nə Rusiyada, nə Belarusda, nə də İranda etirazçıları susdurduq. Avropada da bunu etməyəcəyik,” — deyə Durov bildirib.
Rumıniyada keçirilən prezident seçkilərinin ikinci turunda liberal Buxarest meri Nikuşor Dan 54,2% səslə liderlik edir. Onun əsas rəqibi — sağçı AUR partiyasının lideri Corce Simion isə 45,8% səs toplayıb.
N.Təbrizli