AZ

DİQQƏT: Güclü geomaqnit qasırğası proqnozlaşdırılır

Günəşin cənub yarımkürəsində yerləşən böyük tac dəliyi mayın 18-də kosmik havaya və Yerin maqnit sahəsinə təsir göstərməyə davam edir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Astronomiya laboratoriyasının və Günəş-Yer Fizikası İnstitutunun alimləri məlumat veriblər.

 

Alimlər qeyd ediblər ki, Yer mayın 17-də dəliyin təsir zonasına daxil olmağa başlayıb. Hazırda planetimiz kifayət qədər ifrat xüsusiyyətlərə malik dəlikdən axan plazmaya tam qərq olub.

 

Mütəxəssislərin fikrincə, planetin yaxınlığında günəş küləyinin sürəti 700-800 km/s-ə çatır, ətrafdakı qazın temperaturu isə beş dəfədən çox artıb, yarım milyon dərəcə və daha yüksək təşkil edir.

 

Alimlər belə şəraitdə maqnit qasırğalarının baş vermə ehtimalının yüksək olduğu barədə xəbərdarlıq ediblər.

Seçilən
0
5
senzor.az

6Mənbələr