AZ

Lənkəranda iki ağır qəza: 10 nəfər xəsarət alıb - 2-si azyaşlıdır - FOTO

Lənkəran rayonunda baş verən iki ayrı yol-nəqliyyat hadisəsi nəticəsində ümumilikdə 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəzalar axşam saatlarında qeydə alınıb. Biri Gərmətük qəsəbəsində, digəri isə şəhərin Heydər Əliyev prospektində, Azriba adlanan ərazidə baş verib.

Bizim.Media xəbər verir ki, hadisəyə “Toyota RAV4”, “Lada Granada”, “VAZ-2106”, “Nissan” markalı avtomobillərlə yanaşı, sərnişin daşıyan “Mercedes” mikroavtobusu da qarışıb. Yaralılar dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıblar.

Xəstəxanadan verilən məlumata görə, xəsarət alanlardan 5 nəfəri eyni ailənin üzvləridir və onlar Velədi kəndində yaşayırlar:

2000-ci il təvəllüdlü Asim Cavid oğlu Nəcəfov

2004-cü il təvəllüdlü Elnaz Əli qızı Nəcəfova

2003-cü il təvəllüdlü Ağa Cavid oğlu Nəcəfov

2016-cı il təvəllüdlü Z. Nəcəfova

2024-cü il təvəllüdlü R. Nəcəfova

Digər yaralılar isə aşağıdakılardır:

1977-ci il təvəllüdlü Rahid Baladadaş oğlu Əskərov

Masallı rayonunun Həsənli kənd sakini, 2004-cü il təvəllüdlü Zeynalabdin Nahid oğlu Əliyev

Masallı rayonunun Sığıncaq kənd sakini, 2004-cü il təvəllüdlü Ramilə Ramil qızı Rüstəmova

Masallı rayonunun Sığıncaq kənd sakini, 2005-ci il təvəllüdlü Mənsurə Eldəniz qızı Zahidova

Masallı rayonunun Bədəlan kənd sakini, 1994-cü il təvəllüdlü Murad Rövşən oğlu Əzizov

Yaralıların vəziyyəti həkimlər tərəfindən orta-ağır kimi qiymətləndirilir.

Baş vermiş hadisələrlə bağlı araşdırma aparılır.


Sabutay, Bizim.Media, Cənub bürosu

Seçilən
0
50
bizim.media

10Mənbələr