AZ

Yağış, külək...

Mayın 19-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Bu barədə Senzor.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Bununla belə, səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 15-18°, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 13-18°, gündüz 24-29°, dağlarda gecə 5-10°, gündüz 12-17° isti olacaq.

Seçilən
0
49
senzor.az

10Mənbələr