AZ

ABŞ vitse-prezidenti İsrailə gedir

ABŞ-ın vitse-prezidenti Ceyms Di Vens mayın 20-də İsrailə səfər edə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrailin 12-ci kanalı məlumat yayıb.

“Vensin mümkün səfəri çox vacib olacaq, çünki bu, İsrail və ABŞ arasında münasibətlərin sabit və möhkəm qaldığını nümayiş etdirəcək. ABŞ vitse-prezidentinin səfəri Prezident Donald Trampın Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ ilə böyük sazişlərin imzalandığı Yaxın Şərqə səfərindən sonraya təsadüf edir”, - kanal bildirib.

Qeyd olunub ki, Ağ Ev hazırda Vensin İsrail rəhbərliyi ilə görüşlərinin koordinasiyası ilə məşğul olur.

Seçilən
0
7
bakivaxti.az

10Mənbələr