AZ

Türkiyənin gənc iş adamları ölkəmizdə

Türkiyənin “Gənc MÜSİAD” təşkilatının Konya və Qaziantep şöbələrinə üzv olan gənc iş adamları Bakıya işgüzar səfərə gəliblər. Səfər çərçivəsində “Gənc MÜSİAD Azərbaycan”ın və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Bakı KOB evi”ndə Azərbaycan və Türkiyənin gənc iş adamlarının iştirakı ilə əməkdaşlıq görüşü keçirilib.

Görüşdə KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov, “Gənc MÜSİAD Azərbaycan” təşkilatının sədri Akif Başoğlu, təşkilatın Konya şöbəsinin sədri Asım Elliki və Qaziantep şöbəsinin sədri Furkan Bozkurt çıxış edərək hər iki ölkənin iş adamları arasında əməkdaşlıq, ortaq biznes layihələri, startap ekosistemlərinin inkişafı, qarşılıqlı investisiya qoyuluşu imkanları, sahibkarlıq sahəsində təcrübə mübadiləsi və gələcəkdə birgə platformaların yaradılması ilə bağlı fikir və təkliflərini bölüşüblər. Eyni zamanda, görüşdə sahibkarlıq fəaliyyəti üzrə təcrübə mübadiləsi aparılıb, birgə layihələrin icrasına və investisiya imkanlarına dair təkliflər səsləndirilib.

Görüş çərçivəsində ölkəmizdə sahibkarlığa, xüsusən də kiçik və orta biznes strukturlarına göstərilən dəstək, eləcə də KOBİA-nın xidmətləri barədə təqdimat keçirilib. Bundan əlavə, Türkiyə iş adamlarının sualları cavablandırılıb, ölkəmizin biznes və investisiya mühiti barədə film nümayiş olunub.

Sonda tədbir iştirakçıları arasında “B2B” formatında ikitərəfli görüşlər təşkil olunub.

Səfər çərçivəsində qardaş ölkənin iş adamları sahibkarlara vahid məkanda xidmət mərkəzi olan “Bakı KOB evi”nin fəaliyyəti, burada göstərilən xidmətlərlə də tanış olublar.

Seçilən
0
3
xalqqazeti.az

2Mənbələr