Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 35-ci turuna yekun vurulacaq.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutacaq.
Əvvəlcə “Neftçi” doğma meydanda elitanı tərk etmiş “Səbail”lə üz-üzə gələcək. “Neftçi Arena”da baş tutacaq qarşılaşmanı Nicat İsmayıllı idarə edəcək.
Turun qapanış matçında isə çempionluğu təmin etmiş “Qarabağ” “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirəcək. Ağdam təmsilçisi cari mövsümdəki sonuncu ev oyunundan sonra çempionluq kubokuna qovuşacaq. Bu görüşü Rəvan Həmzəzadə idarə edəcək.
Premyer Liqa
35-ci tur
17 may
“Sumqayıt” – “Turan Tovuz” 0:1
Qol: Emmanuel Hakman, 30.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Müslüm Əliyev, Alik Yunusov.
VAR: Fərid Hacıyev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 17:00.
“Zirə” – “Sabah” 1:1
Qollar: Georgi Papunaşvili, 26 – Pavol Şafranko, 67.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
VAR: Əliyar Ağayev.
AVAR: Kamran Əliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Zirə İdman Kompleksinin stadionu, 17:00.
“Şamaxı” – “Araz-Naxçıvan” 0:1
Qol: Felipe Santos, 44.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Şamaxı şəhər stadionu, 17:00.
18 may
“Neftçi” – “Səbail”
Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Şirmamed Mamedov, Emin Əliyev.
VAR: Cavid Cəlilov.
AVAR: Elvin Bayramov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Bakı. “Neftçi Arena”, 17:00.
“Qarabağ” – “Kəpəz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rəhman İmami, Rauf Cabbarov.
VAR: Rəşad Əhmədov.
AVAR: Əli Əliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “Azərsun Arena”, 19:00.
