İsrailin hava hücumundan müdafiə sistemləri Yəməndən atılan raketi ələ keçirib.
Publika.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri ( IDF ) öz "Telegram" kanalında məlumat yayıb.
"Bir müddət əvvəl İsrailin bir neçə bölgəsində səslənən sirenlərdən sonra Yəməndən atılan raketin qarşısı alınıb", - məlumatda deyilir.
Bundan əvvəl İDF sözçüsü Yəməndən raket buraxılışı və İsrailin hava hücumundan müdafiə sistemlərinin onun qarşısını almaq üçün gördüyü işlər barədə yazıb.