AZ

Putin və Zelenski bir araya gələ bilər – Kremldən açıqlama

Rusiya və Ukrayna arasında davam edən müharibənin fonunda liderlər səviyyəsində görüş ehtimalı yenidən gündəmə gəlib.

KONKRET.az Milli.Az-a istinadən xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskovun açıqlamasına əsasən, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşün keçirilməsi mümkündür – lakin bunun üçün əvvəlcə müəyyən razılaşmalar əldə olunmalıdır.

“Hər iki tərəfin nümayəndə heyətlərinin işi nəticəsində müəyyən razılıqlar əldə olunarsa, belə görüş mümkündür. Biz bunu mümkün hesab edirik”, – deyə Peskov bildirib.

Bu açıqlama, Türkiyənin ev sahibliyi ilə keçirilən Türkiyə-ABŞ-Ukrayna və Türkiyə-Rusiya-Ukrayna formatlarında baş tutan üçtərəfli görüşlərdən sonra səsləndirilib. Sözügedən görüşlərdə əsas müzakirə mövzuları atəşkəs, əsir mübadiləsi və liderlərin mümkün görüşü olub.

Seçilən
0
1
konkret.az

2Mənbələr