20 yaşadək (U-20) cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku keçirilib.
Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, Abşeron Olimpiya İdman Kompleksində baş tutan turnirdə 34 klub və idman cəmiyyətindən 136 cüdoçu (114 oğlan, 22 qız) ümumilikdə 12 çəki dərəcəsində mübarizə aparıb.
Cüdoda ne-vaza bacarıqları idmançılara görüşlər zamanı yer (parter) texnikalarını inkişaf etdirmək və təkmilləşdirmək imkanı verir. Bu bacarıqlar həm fəndlərdən yayınmaq, həm də rəqibi effektiv şəkildə məğlub etmək üçün vacib strategiyaların formalaşmasında mühüm rol oynayır.
Oğlanlar
Qızlar
"Cebheinfo.az"