Moody's Beynəlxalq Reytinq Agentliyi ABŞ-nin suveren kredit reytinqini mənfi proqnozla AAA-dan AA1-ə endirib.
Musavat.com xəbər verir ki, müvafiq bəyanat agentliyin saytında dərc olunub.
Bəyanatda bu addımın ABŞ-nin görünməmiş həddə çatan dövlət borcu ilə bağlı atıldığı qeyd edilir: “21 pilləli reytinq şkalası üzrə bir pillə aşağı düşmə, on ildən artıq müddətdə dövlət borcunun və faiz nisbətlərinin müqayisə oluna bilən suveren ölkələrin səviyyəsindən xeyli yuxarı səviyyələrə yüksəlməsini əks etdirir”.
Musavat.com