AZ

“Putin-Zelenskinin görüşü mümkündür”

Putinin özünün təklif etdiyi İstanbul Sammitində iştirak etməməsi diqqət çəkdi. Bu qeyri-müəyyənlikdən sonra Kremldən Putin və Zelenskinin görüş barədə bəzi işartılar verildi.

Rusiya tərəfi bu gün bildirib ki, iki ölkə arasında müəyyən razılaşmalar əldə olunarsa, Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında görüş mümkündür.

Kremlin sözçüsü Dmitri Peskov atəşkəs və Putin-Zelenski danışıqlarının ilkin şərtlərini, , o cümlədən atəşkəs şərtlərini yaxın günlərdə Ukrayna hökumətinə çatdıracağını bildirib.

Putin və Zelenski 2019-cu ilin dekabrından bəri görüşmürlər. 2022-ci ildə başlayan müharibə dünən keçirilən İstanbul Zirvəsinə qədər ikitərəfli danışıqları qeyri-mümkün etdi.

İstanbul Sammitində Rusiyanın bu tələblərini Ukraynaya niyə çatdırmadığı məlum deyil. Lakin Putinin təklif etdiyi sammitdə iştirakdan imtina etməsi böyük əks-səda doğurdu.

ABŞ prezidenti Donald Tramp “Putinlə mən görüşmədikcə sülh mümkün deyil”, Fransa prezidenti Emmanuel Makron isə “Prezident Trampın Putinin sarkazmına reaksiya verəcəyinə əminəm”, deyib.

Seçilən
0
50
vaxt.az

10Mənbələr