AZ

“WhatsApp” mesajlarında inanılmaz yenilik -

“WhatsApp” mesajlarla bağlı yenilik üzərində işləyir. Metbuat.az xəbər verir ki, yeniliyə əsasən istifadəçi söhbət ekranındakı bir düymə vasitəsilə mesajların mətnini qısa xülasə kimi oxuya biləcək. Məlumata görə, yenilik “WhatsApp”ın iOS-lar üçün beta versiyasında müşahidə edilib. Yeni funksiya ilə ayrı-ayrı çatlarda, qruplarda və kanallarda yığılan oxunmamış mesajları bir-bir oxumadan ümumiləşdirmək olar. Süni intellektin dəstəyi ilə yaradılan bu xülasələr sayəsində söhbətin ümumi məzmununu əldə etmək mümkün olacaq. Mesajın ümumiləşdirilməsi prosesi Meta tərəfindən hazırlanmış xüsusi emal vasitəsilə baş verəcək.

Mesaj xülasələrinə söhbət ekranındakı xüsusi düymə vasitəsilə daxil olmaq mümkün olacaq. Məlumata görə, bu yenilik istəyə bağlı olaraq fəaliyyət göstərəcək və təkmil məxfilik parametrləri aktivləşdirilmiş söhbətlərdə işləməyəcək.

Seçilən
0
13
metbuat.az

10Mənbələr