Bu gün paytaxtın müxtəlif yollarında qeyri-adi kameraların quraşdırıldığına dair görüntülər yayılıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən "Unikal"a bildirilib ki, AYNA tərəfindən Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat modelinin yenilənməsi məqsədilə nəqliyyat axınlarının videoçəkilişi aparılır:
"Çəkiliş podratçı şirkətin əməkdaşları tərəfindən günün müxtəlif saatlarında həyata keçirilir".