SSRİ bayrağı qalmaqalı davam edir - Yeni sədr istefa verdi
Ajans.az xəbər verir ki, Saleh Səmədovun yerinə müvəqqəti təyin olunan Vahid Tağıyev də dünən müvəqqəti icra etdiyi İmişli rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən istefa verib. Bununla bağlı istefa ərizəsini o sosial şəbəkədə paylaşıb. O, Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Eldar Quliyevə ünvanladığı müraciətdə xahiş edib ki, onu İmişli rayon Ağsaqqallar Şurasının sədri və şura üzvlüyündən azad etsin.