AZ

İstanbulda Ukrayna, ABŞ və Türkiyə arasında danışıqlar başa çatıb

Rubio Türkiyəyə gəlib, lakin o, Ukrayna və Rusiya arasında danışıqlarda iştirak etməyəcək.

QHT.az xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin məlumatına görə, İstanbulda Ukrayna, ABŞ və Türkiyə nümayəndə heyətləri arasında üçtərəfli danışıqlar başlayır. ABŞ dövlət katibi Marko Rubio ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putinin “üz-üzə” görüşünə qədər Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı danışıqlar prosesində irəliləyiş gözləmədiyini deyib. Xəbərə əsasən, Rusiya lideri Vladimir Putin İstanbula uçmayıb və danışıqlara daha aşağı səviyyəli nümayəndə heyəti göndərdikdən sonra Ukraynada hərbi əməliyyatların dayandırılmasına dair ümidlər sarsılıb.

Ukrayna prezidenti Vladimir Zelenski EPC (Avropa Siyasi Birliyi) sammitində iştirak etmək üçün hazırda Albaniyadadır. Bu barədə prezidentin mətbuat katibi Sergey Nikiforov bildirib.

 

R.İmanov

Seçilən
0
22
qht.az

10Mənbələr